İlham Əliyevdən bu qurumlarla bağlı - Fərman

15-10-2025, 09:52 81 dəfə baxılıb

İlham Əliyevdən bu qurumlarla bağlı - Fərman


“Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 18 iyul 2018-ci il tarixli Fərmanda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, Xidmətin işçilərinin say həddi 55-dən 65-ə çatdırılıb.

Prezidentin imzaladığı digər Fərmana əsasən, Dövlət Turizm Agentliyinin işçilərinin də say həddi artırılıb.

Fərmana əsasən, Agentliyin işçilərinin say həddi cəmi 165 ştat vahidindən 181-ə, regional turizm idarələri üzrə 88-dən 104 ştat vahidinə artırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR