Maskaların inanılmaz funksiyası aşkarlandı - Virusa qarşı immunitet yaradır və...

14-09-2020, 13:02 212 dəfə baxılıb

Qoruyucu maskalar koronavirusa qarşı immunitetin yaranmasını təmin edə bilər.

Bu barədə Kaliforniya Universitetinin məsələ ilə bağlı araşdırmasında deyilir.

Bildirilir ki, maska kimi bir qatdan keçən daha kiçikölçülü virus hissəciklərinin səbəb olduğu infeksiyalar immun sistemi yarada bilər və koronavirusa qarşı xam peyvənd kimi işləyər. Yəni maska vasitəsilə təkrar-təkrar COVID-19-a məruz qalmaq insan orqanizminin virusu tanımasına və mübarizə aparmasına yardımçı olur. Yad hissəcikləri uzun müddət ərzində tanıyan orqanizm ona qarşı effektiv mübarizə sistemini də yaratmağa vaxt qazanır.

"New England Journal of Medicine" dərgisində dərv olunan araşdırmanın nəticəsi maskadan istifadənin geniş yayıldığı Uzaq Şərqdə niyə koronavirusdan daha az ölümün yaşandığı sualına da aydınlıq gətirir.

Qeyd edək ki, maskaların COVID-19-a qarşı bir miqdar immun yaratması fikri variasiya nəzəriyyəsinə əsaslanır. Bu teoriyadan tarix boyunca suçiçəyi xəstəliyinə qarşı peyvəndləmədə istifadə olunub. (publika.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR