Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar

Dünən, 07:08 8 dəfə baxılıb

Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar


Futbol üzrə Argentina millisinin dünya çempionatının final oyunundakı məğlubiyyətindən sonra Buenos-Ayres şəhərində iğtişaşlar baş verib.

"Report" xəbər verir ki, hadisələr zamanı 15 nəfər saxlanılıb.

İğtişaşlar nəticəsində 7 polis yaralanıb. Telefonların və şəxsi əşyaların oğurlanması halları qeydə alınıb. Bir qrup insan polislərə daş və butulkalar atmağa başlayıb.

Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR