"Şah"ın yeni reytinqi

31-08-2018, 23:22 337 dəfə baxılıb

"Şah"ın yeni reytinqi


Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Avqust ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Şahmatçımız reytinqini 19 xal artıraraq 2820-ə yüksəldib. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2839) 19, Fabiano Karuanadan isə (ABŞ, 2827) cəmi 7 xal geri qalır.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2751), Arkadi Naydiç 28-ci (2721), Rauf Məmmədov 46-cı (2699) pillədə yer alıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR