""Real"ın dəyərlərinə görə susurdum"- Kasilyas

23-11-2018, 18:36 376 dəfə baxılıb

""Real"ın dəyərlərinə görə susurdum"- Kasilyas


"Porto"nun qapıçısı İker Kasilyas "Real"da oynadığı zamanlar baş məşqçisi Joze Mourinyo ilə münasibətindən danışıb.

Qolkiper münasibətlərinin gərgin olduğunu etiraf edib. "Mourinyo "Barselona" ilə rəqabət aparmaq üçün "Real"a gəlmişdi. Həm də kluba gərginlik gətirmişdi. Bəzi hərəkətləri heç birimizi qane etmirdi. Münasibətlərimiz yaxşı deyildi. Komandaya gəlişinin 3-cü ilində İspaniya çempionu olduq.

Heç nə dəyişmədi. Mənə qarşı əvvəlki münasibətini saxlayırdı. Bəzən mübahisə həddinə çatdırırdı. Ona qarşı gəlmək istəmirdim. "Real"ın dəyərlərinə görə susurdum. Həmin şeylər indi baş versə, etirazımı bildirərəm. İndiyədək Mourinyonu heç kim ittiham etməyib. Həmin gərgin dövrləri sanki hamı unudub", - Kasilyas deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR