Virusun Çin iqtisadiyyatına təsiri: RƏSMİ ETİRAF

25-02-2020, 12:28 203 dəfə baxılıb

Virusun Çin iqtisadiyyatına təsiri: RƏSMİ ETİRAF

Çin koronavirusun ölkə iqtisadiyyatına təsirini açıqlayıb.

İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin katibi Tsun Lyan bu təsirin qısamüddətli olacağını bildirib. Bundan başqa, epidemiyanın iqtisadiyyata uzunmüddətli təsirinin olmayacağı vurğulanıb. Lyan qeyd edib ki, hökumətin bütün bu problemlərin öhdəsindən gəlmək üçün kifayət qədər resursu var. Bu isə ölkədə sosial-iqtisadi inkişafı təmin etmək üçün yetərlidir.

Ancaq katib onu da etiraf edib ki, epidemiya Çin iqtisadiyyatına kifayət qədər ciddi zərbə vurub.

Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva epidemiyanın Çin iqtisadiyyatına təsirindən danışarkən 2020-ci iln birinci rübündə yavaşlamaya səbəb olacağını bildirmişdi. Ancaq ümumdaxili məhsulun inkişafı il ərzində təsirli dərəcədə azalmayacaq.

Xatırladaq ki, Çində koronavirusdan ölü sayı getdikcə artır və artıq 2500-dən artıqdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR