“Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyan da LGBT-nin üzvü imiş”

30-10-2020, 10:02 58 dəfə baxılıb

“Paşinyan uşaqlar və insanlara da nifrət edir. Anası öldükdən sonra atası başqa qadınla evlənib. Ögey anası ilə münasibətləri çox gərgin olub. Buna görə də orta məktəbdə oxuyarkən evdən qaçıb. Bacı-qardaşları da ögey idi, nifrəti buradan formalaşıb. İndi bu nifrət bizə qarşı çevrilib. Erməni mətbuatında bununla bağlı kifayət qədər faktlar var”.



Politoloq Cümşüd Nuriyevin müsahibəsini təqdim edirik.



- Sabah Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Bu görüşdən gözləntiniz nədir?



- Cənab prezident bu məsələyə çox gözəl cavab verdi, bildirdi ki, belə görüşlərin az və ya çox olması heç nəyi dəyişmir. Mən də bu görüşdən heç bir nəticə gözləmirəm. Ermənilər bundan əvvəl elan edilmiş üç humanitar atəşkəsin hamısını pozublar. Bu, ermənilərin xarakteridir, tarixən həmişə saxtakar olublar. Həm də xəyanətkardırlar, bunların çoxsaylı sifətləri var.



Məsələnin siyasi müstəvidə həllinə gəldikdə, burada ciddi yeniliyin olacağını gözləmirəm. Nazirlərin Vaşinqtonda Dövlət katibi Pompeo ilə görüşü də göstərdi ki, belə danışıqların hansı müstəvidə aparılmasının bir əhəmiyyəti yoxdur. Amma ola bilər ki, müvəqqəti atəşkəs üçün oktyabrın 10-da verilmiş bəyanatın təsdiq edilməsi gündəmə gələ bilər. Çünki ermənilər çox çətin vəziyyətdədir, çalışırlar ki, müəyyən qədər zaman qazanıb öz xəyanətkar planlarını həyata keçirsinlər. Amma ümumilikdə, bu görüşün ağıllı nəticə verəcəyini gözləmirəm.



- Məsələ Rusiya-Türkiyə prezidentləri müstəvisində də müzakirə olunmağa başlayıb. Bəs bu müzakirələrdən hansı qərarlar çıxa bilər?



- Ərdoğan bu günədək bütün çıxışlarında sona qədər Azərbaycanın yanında olacağını bildirib. Ərdoğan Azərbaycanın problemlərini Türkiyənin problemləri kimi təqdim edir. Eyni zamanda, Azərbaycan üçün çıxış yolunun nə olduğunu gözəl bilir. Ərdoğan çox ağıllı və peşəkar bir siyasətçidir. Dünyanın siyasi oyunçularından biridir. Xoşdur ki, bizim prezidentimiz də dünya miqyaslı siyasi oyunçuya çevrilib.



Rusiyaya gəldikdə, bilirsiniz ki, Ermənistanın havadarıdır. Buna görə də baş verənlərdən narahatdır. İndi Rusiyanın özünün də vəziyyəti gərgindir. Belarusda seçkilərdən bəri durum qarışıqdır, Ukrayna Donbasla təmas xəttinə qoşun yığır, Moldova qarışıb. Hesab edirəm ki, Rusiya Azərbaycanı da özündən uzaqlaşdırmaq istəmirsə, beynəlxalq hüquqa hörmət etməlidir. Qənaətimə görə, Ərdoğan və Putin arasındakı danışıqlar da bu müstəvidə gedir.



Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Bu gün Azərbaycana mənəvi dəstək olanlar arasında Türkiyə ilə yanaşı, nüvə dövləti olan Pakistan da var. Ermənistanın yanında kimlərin olmasının o qədər də böyük əhəmiyyəti yoxdur.



Daşnaksütyun partiyasının Armen Kruqyan adlı bir üzvü var. O iddia edir ki, Paşinyan LGBT-nin üzüvüdür. Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyuynyan da çoxdan LGBT-nin üzvü imiş. Yəni Paşinyanla Arutyunyanı birləşdirən əsas xətt budur.







- Fransa prezidentinin Arutyunyan və Paşinyana olan isti münasibəti də bundan irəli gəlir? Fransız aktyor Jerar Depardye yaxın günlərdə bir açıqlama verərək, Makronun LGBT üzvü olduğunu dedi.



- Araşdırdım, məlum oldu ki, Fransa Prezidenti Makronun anasının atası erməni imiş. Yəni babası ermənidir. Makronun özündən 24 yaş böyük olan xanımı (Brijit Makron) birinci əri də erməni olub. Məsələni bu müstəvidə araşdırmışam. Başqa sözlə, Makronun İslama olan nifrəti, Paşinyan və Arutyunyana olan sevgisi təkcə LGBT ilə bağlı deyil, onları bir-birinə həm də erməni qanları bağlayır.



Əgər Minsk qrupunun həmsədrlərindən biri yarı-erməni, digərləri də xristiandırsa, bütün hallarda Azərbaycanın haqq işini dəstəkləmirlərsə, Ərdoğan bu məsələni Putinlə müzkirə edir ki, Azərbaycana qarşı haqsızlıq olmasın.



- ABŞ-ın da fəallığı hiss olunur. Bu fəallıq nə ilə əlaqədardır - deyildiyi kimi, noyabrda keçiriləcək seçkilərlə, yoxsa Ağ Evin öz məqsədləri var?



- Açıq deyək ki, ABŞ-ın heç vaxt Azərbaycana sevgisi olmayıb. 1992-1993-cü illərdə Azərbaycanı aldatdılar. Biz ATƏT-in həmsədrlik institutunu qəbul etməməli idik. 1992-ci ildə bunu qəbul edəndə fikirləşməli idik ki, onların üçü də xristian dövlətidir, eyni zamanda ABŞ Konqresində “907-ci Düzəliş” məsələsi gündəmdə idi.



Amma iş-işdən keçmişdi. Olsun ki, o vaxt təcrübəsiz idik, ya da biz aldatdılar. Saf olmuşuq, düşünməmişik ki, həmsədrlərin arasında müsəlman dövləti də olmalıdır. Biz indi bu yanlışları aradan qaldırırıq.



Dediyim kimi, ABŞ heç vaxt Azərbaycana sevgisi ilə seçilməyib. ABŞ-da erməni lobbisi var. Belə vaxtlarda da, hansı yolla-olur olsun, namizədlər bu və digər lobbilərin səslərini qazanmağa çalışır. ABŞ-ın müvəqqəti fəallaşmasının bununla bağlı olduğunu düşünürəm. Əks halda, ABŞ istəsəydi, Qarabağ məsələsi çoxdan həll edərdi. ABŞ Qarabağ məsələsinin həll olunmamasında maraqlıdır. Fransa isə Rusiya və ABŞ arasında ora-bura gedib-gələn, heç bir söz sahibi olmayan dövlətdir.



Buna görə də bu üç dövlətin Qarabağ məsələsində maraqları üst-üstə düşür. Bu baxımdan, ABŞ-dan müsbət mənada fəallıq olacağını gözləmirəm.



- Ermənistan Baş naziri Paşinyanın istefasını tələb edən daxili siyasi qüvvələr aktivləşir, artıq belə çağırışlar var. Sizcə, hazırkı situasiyada belə bir gəlişmə mümkündürmü?



- Paşinyanın niyə təlxək, gerizəkalı və xəyanətkar olduğu məsələlərini araşdırdım. Paşinyanın xəyanətkar olmasına gəldikdə, o, vaxtilə Serj Sərkisyanın biznesmen olan kürəkəni Minasyan vasitəsilə qəzet açmışdı. Razılaşma belə idi ki, həmin qəzet fəaliyyətə başlayacaq və Serj Sərkisyanı müdafiə edəcək. Qəzetin adı “Aykakan Jamanak”dır. Paşinyan qəzeti açdıqdan sonra aylıq gəliri 30 min dollar idi. Amma Paşinyanın əlinə Serj Sərkisyan vasitəsilə vəsait gəldikdən sonra Levon Ter-Petrosyanın tərəfinə keçərək, onun seçki qərargahının rəhbəri oldu. Bu, xəyanətkarlıq kimi qəbul edildi.



Paşinyan gerizəkalıdır. Bu adam universitetdə oxuyanda üçüncü kursdan qovulub. Bundan sonra özünü “siyasi məhbus” kimi gündəmə gətirib. Üst-üstə bir neçə il həbsdə olub. Həbsxanada özünü psixoloji cəhətdən pozğun kimi aparıb, bunu da erməni mətbuatı yazıb.



Təlxəkliyinə gəldikdə, Paşinyanın atası uzun müddət idman müəllimi olub. Eyni zamanda, toylarda qara zurna çalırmış. O, zurna çalanda Nikol da yanında oynayırmış. Bunu da erməni mətbuatı yazır.



Paşinyan, eyni zamanda uşaqlar və insanlara da nifrət edir. Anası öldükdən sonra atası başqa qadınla evlənib. Ögey anası ilə münasibətləri çox gərgin olub. Buna görə də orta məktəbdə oxuyarkən evdən qaçıb. Bacı-qardaşları da ögey idi, nifrəti buradan formalaşıb. İndi bu nifrət bizə qarşı çevrilib. Erməni mətbuatında bununla bağlı kifayət qədər faktlar var.



Erməni mediası, eyni zamanda Paşinyanın fırıldaqçı olduğunu gündəmə gətirib. Paşinyan deputat olarkən, ayrı-ayrı şəxslərdən pul alaraq, onların müəyyən məsələlərini həll etməklə məşğul olub. Bu adamın kifayət qədər mənfi cəhətləri var. O, dünyanın dövlət başçıları arasında ali təhsili olmayan bir adamdır. Ermənilər çox bədbəxt bir tayfadır ki, özlərinə belə başçı seçiblər. Buna görə də Paşinyanın hakimiyyətdə qalma ehtimalı çox aşağıdır.



Daşnaksütyun, ASALA və digər beynəlxalq erməni terror təşkilatları Paşinyan barədə qərar veriblər. Paşinyanı öldürmək məsələsi gündəmdədir. Bu, an məsələsidir. 1999-cu ildə Dəmirçiyan və digərləri parlamentdə necə öldürüldülərsə, Paşinyana qarşı da belə bir sui-qəsd hazırlanır. Məlum olub ki, Paşinyan Kanadada arvadı Anna Akopyanın adına 3 milyon dollara ev alıb və oğlu Aşotun adına biznes qurub.Teleqraf


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR