“Ermənilərin elə hücum əməliyyatı olmayıb ki, orada rus əsgər və ya zabiti iştirak etməsin”

12-03-2019, 23:05 400 dəfə baxılıb

“Ermənilərin elə hücum əməliyyatı olmayıb ki, orada rus əsgər və ya zabiti iştirak etməsin”



Artıq bir neçə on ildir ki, Rusiyanın Ermənistanı silahlandırması, habelə bu ölkədə rus hərbi bazasının saxlanılması prosesi davam edir. Ermənistanda rus hərbi bazasının mövcudluğu ermənilər üçün ən azından psixoloji avantaj hesab edilə bilərmi? Həmçinin, Azərbaycan Ruisya faktorunu qismən də olsa neytrallaşdırmağı bacarıbmı?

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bu məsələyə birmənalı yanaşmağın mümkün olmadığını vurğuladı:

“Buna birmənalı cavab vermək çətindir. Sözsüz ki, Rusiya Ermənistanla münsibətləri xeyli dərəcədə dəyişib. Putinlə Koçaryan arasında şəxsi dostluq var idisə, bu gün Putinlə Paşinyan arasında nəinki dostluqdan, normal diplomatik ünsiyyətdən də danışmaq olmaz. Putin Paşinyanı ciddi qəbul etmir. Onunla ünsiyyət saxlamağa sadəcə məcburdur. Azərbaycana Rusiya, onun hərbi sənayesi daha çox diqqət göstərir. Çünki biz mütəmadi olaraq Rusiyadan hərbi texnika alan bir dövlətik. Biz bu silahların pulunu dünya bazarındakı müvafiq qiymətlə ödəyirik.

Ermənistan Rusiyaya gəlir gətirməyən, əslində ziyan vuran bir dövlətdir. Ermənistan Rusiyadan kredit götürməklə bu ölkədən silah alır.

Qarabağ uğursuzluğu rus ordusunun Erənistan tərəfindən iştirakı ilə bağlı olub. Ermənilərin elə hücum əməliyyatı olmayıb ki, orada hansısa formada rus əsgər və ya zabiti iştirak etməsin. Indi biz nisbətən neytrallığı əldə edə bilmişik. Aprel döyüşlərində biz rus əsgər və zabitləri ilə rastlaşmadıq. Lakin burada da Rusiya araya girdi, döyüşlər dayandırıldı. Rusiya faktoru hələ də qalıb. Rusiya ilə isə təzyiq dili ilə danışmaq Azərbaycan üçün qeyri-mümkündür. Deməli, bu məsəldə diplomatik yol və vasitələrdən istifadə edilməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR