“Əvvəl parlamentdə komitə sədrlərinin inhisarçılığı vardı”
“Biz müxalifəti təmsil ediriksə, əsasən müxalif fikirlər səsləndirməliyik. Bununla belə, təqdir olunası işləri də qeyd etməliyik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, əvvəllər parlamentdə komitə sədrlərinin inhisarçılığı hiss olunurdu: "İndi isə adi komitə üzvü də qanun layihələrini təqdim edir. Bu, çox müsbət haldır”.