İran müstəqil Azərbaycanı heç vaxt həzm etməyəcək

10-08-2021, 12:55 142 dəfə baxılıb

"İran-Azərbaycan əlaqələri heç vaxt yüksək səviyyədə olmayacaq”.

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, buna baxmayaraq bu ölkə ilə əməkdaşlıq etmək və əlaqələri normal vəziyyətdə saxlamalıyıq:

"İran hakimiyyəti Azərbaycanın müstəqilliyini İranda yaşayan 40 milyona yaxın azərbaycanlı üçün mayak hesab edir. Və Azərbaycanın böyük bir ərazisi bu ölkənin ərazisi vahidindədir. Ona görə də biz rəsmi Tehrandan ölkəmizə qarşı xoş olmayan siyasəti daima gözləməliyik”.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan-İran əlaqələrində iqtisadi və siyasi əməkdaşlığı qorumalı və milli maraqlarımıza zərər gəlmədən bu siyasəti həyata keçirməliyik: "Amma zamanla Cənubi Azərbaycanla bağlı siyasətimizi də gündəmdə saxlamalıyıq.

Vətən müharibəsində İran ərazisindən Ermənistana Rusiya hərbi texnikalarının daşınması, rəsmi Tehranın bizə açıq şəkildə mövqeyinin nümayişi idi. Biz çalışmalıyıq ki, İranın məzhəbsəl siyasətinin ölkə daxilində inkişafının qarşısını alaq. İran öz zərərli məzhəb siyasəti vasitəsilə Azərbaycana təsir etməyə çalışır. Amma bunun qarşısı daima alınır və bu siyasəti uğurlu olmayacaq.

Politoloq vurğulayıb ki, İran-Azərbaycan əlaqələrində problemlər Tehran tərəfindən qaynaqlanır:

"İran Azərbaycan bayrağına qarşı diqqətsizdirsə, Bakıda da biz eyni analoji jesti edə bilərik. Milli Məclisin sədri xanım Sahibə Qafarovanın İran prezidenti ilə görüşdə bayraq məsələsinə gəldikdə isə bu, protokol qaydalarına uyğundur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR