Bakının “Xankəndi əməliyyatı”: Ordumuzun girmədiyi yerdəyik

5-04-2023, 10:45 60 dəfə baxılıb

Bakının “Xankəndi əməliyyatı”: Ordumuzun girmədiyi yerdəyik


“Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımdan diqqətçəkən detaldır”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir:

“Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır.

Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndidə Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR