Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir

19-06-2023, 14:57 48 dəfə baxılıb

Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir


Hərbi Prokurorluğun Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yevlax rayonunda yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Hərbi Prokurorluğun İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov əvvəlcə Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Bundan sonra həmin şəxslər, eləcə də hərbçilər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.


Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edirHərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edirHərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edirHərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edirHərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edirHərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR