Bakıda dərsdə şagird sinif yoldaşını güllələdi – YENİLƏNİB

12-11-2015, 12:49 990 dəfə baxılıb

Bakıda dərsdə şagird sinif yoldaşını güllələdi – YENİLƏNİB




















O, Nurzadəni sinəsindən vurub

106 saylı məktəbin direktoru Təranə Qasımova Qafqazinfo-ya açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış.

“Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da biraz özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın.

Uşaqların da gözünə sataşıb, fikirləşiblər nəsə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər”, - deyə, müəllimə bildirib.

10:59

Bakıda orta məktəbdə bədbəxt hadisə baş verib.

azinfo.tv xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rifle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR