“Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..." - Silahlarımız susduqca həyasızlıqları artır...

28-09-2019, 10:04 252 dəfə baxılıb

“Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..." - Silahlarımız susduqca həyasızlıqları artır...


İşğalçı ölkə parlamentinin sabiq vitse-spikeri, terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu Respublika partiyasınıın mətbuat katibi Eduard Şarmazanov növbəti həyasız açıqlamalarını edib.

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Azərbaycanın, Qarabağın tarixi barədə digər soydaşlarına xas cəfəngiyatları çərənləyən erməni siyasətçi “Facebook”dakı yazısının sonunda belə cümlələr işlədib:

“Daxili siyasi fikir ayrılıqlarımıza baxmayaraq, azərbaycanlıların bulanıq suda balıq tutmasına imkan verməyəcəyik... Araz öz məcrasını dəyişdirib Qara dənizə axmağa başlayar, amma Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."


P.S. Buna nə ilə cavab verək? Tarixi, hüquqi, siyasi fakt və arqumentlərlə, yoxsa bəyanat və nota ilə? Bunları bütün dünyaya yüz il də car çəksək, faydası olmayacaq... Yalnız silahlı savaş, savaş!..


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR