Tramp: Türkiyə Suriyanı yenidən quracaq, Ərdoğanla...

17-12-2024, 08:21 85 dəfə baxılıb

Tramp: Türkiyə Suriyanı yenidən quracaq, Ərdoğanla...


Suriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir. Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq.

Bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə səbəb olan və bundan sonrakı proseslərlə bağlı açıqlamasında deyib.

ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

"Bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir", - Tramp bildirib.

Türkiyənin "vacib bir güc" olduğunu qeyd edən Tramp bildirib ki, prezident Ərdoğan yaxşı anlaşdığı biridir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR