"Virusa yoluxmayan şəxslərə 1000 manat verilsin" - Tanınmış həkimdən təklif

13-01-2021, 10:59 28 dəfə baxılıb

"Virusa yoluxmayan şəxslərə 1000 manat verilsin" - Tanınmış həkimdən təklif

"Sərt karantin tədbirlərindən və insanları cərimələyib cinayət işi açmaqdansa, özünü qoruyub pandemiyanın sonunadək yoluxmayan şəxslərə çox yox 1000 AZN mükafat veriləcəyi elan edilsəydi yoluxma dəfələrlə az olardı".

Cebhe.info xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib.

O bildirib ki, belə olarsa, insanlarımız daha sağlam qalardı:

"Fikrimcə, ölümlər daha az, həm də çox müsbət motivasiya olardı. Pullar xəstələrə, dərmanlara, məmurlara yox özünü qoruyan sağlam insanlara gedərdi".

Həkim qeyd edib ki, bir COVID-19 xəstəsinin stasionarda müalicə xərci təqribən 10 000 AZN-ə, reanimasiyada yatan ağır xəstələrdə isə bu rəqəm bəzən 30 000 AZN-ə çatır:

“Bütün bu xərcləri dövlət qarşılayır, sağ olsun. Üstəgəl sərt karantin xərcləri, iqtisadiyyatın zəifləməsi, təhsilin zəifləməsi, bəzi məmurların situasiyadan istifadə edərək büdcədən çoxlu pullar oğurlaması, hamısı bir yerdə milyardlarla vəsait edir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR