Lerik meşələri məhv edilir (FOTO)

27-01-2021, 15:44 625 dəfə baxılıb

 
Lerik meşələri məhv edilir (FOTO)
 

Lerik meşələrinin məhv edilməsi ilə bağlı Azerinfo.tv-a daha bir şikayət daxil olub.

Şikayətci bildirir ki, qış ayları olmasına baxmayaraq ekologiyanı qorumalı olan vəzifəli şəxslər meşələri məhv edirlər.

İndi eyni hal Lerikdə 23 saylı dolayda baş verir. Lerik rayonun 23 saylı meşə dolayısı Fizuli Məmmədov meşəni satıb talan edir. Füzuli Məmmədov adlı şəxs dolayda salamat ağac qoymaq fikrində deyil. Ağaclar kəsilir, üstünə palçıq sürütülür ki, guya köhnədən kəsilib.

"Bu işi görənlər də Lənkəran Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlarıdır. Şikayətlərimizin də xeyri yoxdur. Hamının gözü qarşısında meşələrimiz məhv edilir. Əlaqədar qurumlar isə şikayət edənləri susmağa məcbur edir”.

Şikayətçinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR