“Qarabağ danışıqlarında tərəf kimi Ermənistan yox, Rusiya təmsil olunmalıdır”

29-05-2019, 23:26 313 dəfə baxılıb

“Qarabağ danışıqlarında tərəf kimi Ermənistan yox, Rusiya təmsil olunmalıdır”


Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşən Qarabağdakı qondarma rejimin rəhbəri olduqca həyasız bir təkliflə çıxış edib. Qarabağla bağlı danışıqlarda tərəf kimi çıxış etmək istədiklərini bildirən rejim rəhbərliyi, bunun problemin həllinə müsbət təsir edə biləcəyini vurğulayıb.

Separatçı rejimin bu danşıqlarda tərəf kimi təmsil olunmaq ehtimalı varmı? Bu, problemin həllinə necə, hansı baxımdan təsir göstərə bilər?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Qarabağ danışıqlarında tərəf kimi Azərbaycan və Rusiyanın iştirak etməsi gərəkdiyini vurğuladı:

“Qarabağ danışıqlarında əslində Ermənistan da tərəf kimi iştirak etməməlidir. Burada tərəf kimi Rusiya iştirask etməlidir. Çünki bu torpaqları işğal edən Rusiyadır. Qarabağ probleminin həllinə imkan verməyən də Rusiyadır.

Separatçı rejimin bu təklfi isə cəfəng və absurd bir təklifdir. Onlar bununla göstərmək istəyirlər ki, guya problemi erməni liderləri həll edirlər. Onlar belə bir illüziya yaratmaq istəyirlər. Çalışırlar ki, guya bir yenilik yaratsınlar. Öz xalqlarına da desinlər ki, guya bu problemi onlar həll edir. Bu, boş və mənasız bir təklifdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR