Sumqayıt Tibb Kollecində tender maxinasiyaları – ÖZƏL

8-02-2016, 14:57 954 dəfə baxılıb

Sumqayıt Tibb Kollecində tender maxinasiyaları – ÖZƏL












Direktor Rafael Eyvazov hər işdən pay götürür, hətta tələbələrin cibindən də

Sumqayıtda fəaliyyət göstərən Tibb Kollecində tender maxinasiyalarının olduğu deyilir. Kollecin direktoru Rafael Eyvazovun qurduğu oyunlar sayəsində reallaşan prosesdən əldə olunan gəlirlər isə kiçik hesab olunmur.

Məlumatlarda deyilir ki, ötən il ərzində keçirilmiş tenderlərin birində kollecə müxtəlif təyinatlar üzrə pullar ayrılıb. Həmin pulun 45400 manatı üç dəfəyə təmir işlərinə, 6700 manatı isə əsas vəsaitin satın alınmasına sərf olunub. Təbii ki, kağız üzərində.

Amma abadlaşma işləri üçün ayrılmış 20 min manatın təyinatı üzrə xərclənmədiyi də dəqiqdir. Bundan başqa, dəftərxana ləvazimatları üçün də 5600 manatın ayrıldığı dəqiq olsa da, bu qədər vəsaitə nələrin alındığı bilinmir. Onu da bildirək ki, Sumqayıt Tibb Kollecinə nəqliyyat vasitəsi də alınıb ki, bunun üçün də 25 min manatın xərcləndiyi deyilir. Hərçənd alınan avtomobilin nə markası məlumdur, nə də adı. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq. demokratiya.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR